Prodüsseri Aygün Kazımovanın özəl həyatını danışır - MÜSAHİBƏ
Lent.az-ın yeni rubrikasının qonaqları prodüserlərdir. Sənətçilərin daim yanında olan, bəzən mətbuata məlumat verməkdə səxavətli olan, bəzən də olan məlumatları açıqlamağa xəsislik eldən prodüsserlərlə söhbət edib onlarla söhbətdən maksimum yararlanmağa çalışacağıq. Beləliklə sənətçilərin görünməyən tərəfləri onların işçilərinin tərəfindən açıqlanır.
Rubrikamızın ilk qonağı müğənni Aygün Kazımovanın prodüsseri Ülvi Hadiyevdir.
- Ülvi, neçə ildir Aygünlə birlikdə işləyirsiniz?
- İndiyədək yadımdadır, 2007-ci ilin iyun ayının əvvəli idi. Aygün Kazımovaya stadion konsertində kömək edəcək bir insan lazım idi. Ortaq tanışlarımız tanış etdi. O vaxtdan çalışmağa başladıq. İki ildən çoxdur.
- O vaxta kimi tanyırdın? Yaxından tanış olandan sonra fərq hiss etmədin ki?
- Mən daha əvvəl telekanallarda işləmişəm, qəzet və jurnallardan çalışmışam. Elə Aygün Kazımovanı da çoxdan tanıyırdım. O işlədiyim müğənnilərdən ilk və yəqin tək müğənnidir. Mənə elə gəlir ki, başqa heç bir müğənni ilə işləyə bilmərəm.
- Səhnədən çox kaprizli görünən müğənni ilə işbirliyin indiyədək necə davam edir - çətin, yoxsa bir-birinizi yaxşı başa düşürsünüz?
- Kənardan elə görünür. Aygün Kazımova səhnədəki kimi deyil. O, kənardan görünə bilər ki, çox kaprizlidir. Düzdü, kaprizsiz insan yoxdur. O səhnə adamıdır, əsəbiləşəndə haqlı əsəbiləşir. Bir məsəl var, günah döyüləndə olur.
- Sənə nə qədər maaş verir?
- Maaş barəsində olar danışmayaq? Yaxşı qiymətləndirilirəm. Pis olsaydı, bu günə qədər çalışmazdım.
- Yaxşı, onda sualı başqa şəkildə verək. Hər şeydə nömrə bir olan Aygün Kazımova işçiləri yüksək maaşla təmin etməkdə də nömrə birdir?
- Mən deyərdim ki, Azərbaycanda müğənnilər arasında tək mən deyil, hər bir işçisinə qiymət verməyi bacaranlardan birincisi Aygün Kazımovadır. Bunu bütün işçilər təsdiq edə bilər.
- Onun ətrafında sadiq olmayan insanlar var?
- Aygün xanımın ətrafında ona sadiq olan insanlar azdır.
- Nəyə görə belə deyirsən?
- Hamı istifadə etmək istəyir və özünə görə çalışır.
- Belə çıxır ki, Aygün Kazımova sadəlövhdür?
- Sadəlövh deməzdim, sadə təbiətlidir.
- Gündəlik həyatı ulduz həyatından çoxmu fərqlidir?
- Maraqlı bir fakt deyim. Aygün nə qədər gec yatsa da, hər gün saat 8-də durur. Bütün işçiləri – evdə çalışanlardan tutmuş köməkçilərinə kimi özü oyadır. İlqarə məktəbə gedəndə hər səhər qızını özü yuxudan oyadırdı. Çox vaxt özü məktəbə aparırdı.
- 8-də oyanıb nə ilə məşğul olur?
- Oyanan kimi kofe, su içir. Hazırki iş qarfikindən danışım. Arıqmaq üçün gözəllik mərkəzinə gedir. Saat 9-da orda olur. Günorta evə gəlir, konsertinin məşqlərini edir. Axşam da bir tədbiri varsa, orda olur.
- Ana kimi necə müşahidə edirsən?
- O qədər işinə rəğmən qızına kifayət qədər vaxt ayırır. Mən elə hamıya onun kimi ana olmağı arzu edirəm.
- Aygünün görünməyən tərəfləri çoxdu?
- Həddən artıq zarafatcıldır.
- Onu biz də biliriik.
- Hər şeyi ürəyinə salandı. Kənardan həmin hadisəyə baxıb deyə bilərsən burda nə var ki? Hansısa işçisinin xətrinə dəyəndən sonra günlərlə oturub fikirləşə bilər ki, niyə mən bunu etdim...
- Aranızda söz-söhbət olur?
- Münaqişə yox, sadəcə işbirliyinə fasilə verdiyim vaxtlar, bəli, olub.
- Bəs necə qayıtmısan?
- Qarşılıqlı anlaşma əsasında ...
- Aygün həyatın mənasını nədə görür?
- O, həyatda iki nəfər üçün yaşayır- əvvəl qızı, sonra Namiq və səhnə üçün...
- Niyə onların birlikdə omaları insanlara hələ də inandırıcı gəlmir? Bəlkə də biz daha çox kəbin kağızına və toy mərasiminə inanırıq?
- O qədər möhürlü ailələr var ki, xoşbəxt deyil. Ən əsası, onların bir-birinə münasibətidi.
- Dalaşırlar?
- Yox. Sözləri çəp gəlmir. Bəzən Namiq Aygün xanıma nə iləsə bağlı münasibət bildirir. Lakin o da davaya çevrilmir.
- Sözəbaxandır?
- Hə, olduqca. Yönləndirmək, istiqamət vermək asandır. Elə vaxt olur ki, döşəməni özü silir, qabları özü yuyur. Ən sevdiyi iş səhər yeməyi hazırlamaqdır. Bir maraqlı şey danışım, keçən yay İlqarə məktəblə Antalyaya istirahətə gedirdi. Həmin gün də tədbirimiz var idi, evə gec gəlmişdi. Ona baxmayaraq, səhər oyanıb qızına yemək hazırladı, özü yedizdirdi. Aparıb aeroporta yola saldı.
Maksimum bir saata mahnı yazdırır. Kənardan kaprizli görünsə də çalışır heç kimə əziyyət verməsin. Komandanın fikri ilə razılaşmağı bacarır.
- Görəsən, Aygün Kazımova ilə münasibətində soyuqluq osa idi, belə danışardın?
- Bizim işbirliyinə fasilə verdiyimiz vaxtlar da olub, lakin həmişə eyni fikirdə olmuşam.
- Son vaxtlar o professional səhnəyə yeni qədəm qoyan müğənnilərlə tez-tez konflikt yaşayır. İşin əsli nədir?
- Süni insanlarla çox vaxt münaqişəsi olur. Maska yırtmağı sevir.
- Lakin daha çox əzən, alçaldan bir obrazda görünür? Niyə ?
- Hərə bir cür qəbul edir. Biri onu bu gözdə görürsə, digəri də qarşı tərəfin saxta olmasının şahidi olur.
- Ona ən bahalı hədiyyəni kim verib?
- Cürbəcür hədiyyələr verirlər. Zinət əşyaları, çox dəyərli, son kolleksiyadan olan zinət əşyaları verirlər. Son dəfə brilyant qaşlarla bəzədilmiş sırğa hədiyyə etmişdilər. Dostu Fadal Bazi tez-tez gözəl zinət əşyaları və müştük hədiyyə edir. Namiq özü də tez-tez maraqlı hədiyyələr bağışlayır.
- Namiq Qaraçuxurlu nədənsə adama xəsis insan təsiri bağışlayır. Bu belədirmi?
- Kənardan bəlkə də elə görünə bilər. Biz Dubayda səyahətdə olanda hamı yatmışdı. Mənə dedi, gəl otelin birinci mərtəbəsinə enək, mağazalara baxaq. Üzüklə bir yerdə bilərzik gördü və ona diqqətlə bir qədər baxdı. Səhəri gün yeməyə düşdük. Namiqlə Aygün xanım harasa getdilər. Gələndə gördüm, həmin üzük-bilərzik barmağındadır. Mən yanında olmasa idim, fikirləşərdim ki, bu həmin vaxt baş verib...
“Moskva” kinoteatrında reklam çəkilişində idik. Orada Aygün xanım ayaqqabısı ilə pilləkənə ilişib yerə yıxılmışdı, ayağında iz qalmışdı. Ondan sonra biz Livana gedik. Qarlı bir yerdə Namiq yıxldı. Siz inanmazsınız, Aygünün ayağı hardan əzilmişdisə, onun da ayağı ordan əzilmişdi. İkisinin də həmin yerdə ayaqlarında indi həmin iz qalır. Bəzən Aygünün başı ağrıyır, onun yanında olmadığı vaxtlarda Namiq zəng vurur, məlum olur ki, onun da başı ağrayır. Belə hallar çox olub.
- Niyə onların ayrıldıqları barədə xəbər yayılmışdı? Buna əsas var idimi?
- O xəbərə hamı inanmışdı. Bir dəfə verilişdən çıxanda ən yaxın insanlardan biri təəssüflə zəng vurdu ki, bəs Aygün, niyə ayrıldınız? O da deyir, ay bacı, nə ayrılmaq, indicə bir yerdə canlı yayımdan çıxmışıq. Onlar kiməsə nəyisə sübut etmək üçün bir yerdə deyillər. Aygün xanıma səhnədən kənar - ətrafındakı insanlar çox xəyanət ediblər. Ən dəhşətlisi odur ki, o özü də bunları çoxdan bilirdi. Lakin qəribə burasıdır ki, oturub öz aramızda söhbət edəndə deyirdi mən o adama necə deyim ki, sən bunu etmisən? Bu düzgün olmayan hərəkəti mənə qarşı etmisən. Birdən məni səhv başa düşər, xətrinə dəyə bilərəm. Belə anlar da olur.
- Amma səhnədə kiminsə xətrinə dəyə bilir...
- Səhnədə şou yaratmağı bacarır. Bəlkə də səhnədə onun etdikləri obrazdır.
- Bəs obrazsız Aygün Kazımova?
- Əvvəlcədən heç nəyi planlşdırmır. Heç bir addımın qabaqcadan hazırlamır. Bəzən təsadüfi addımları hadisəyə səbəb olur. “Ayağıma dəyən daşlar” klipi yadındadı? Orda iki qaşla çıxmışdı. Əslində heç kim bilmrdi ki, qaşı ilə bağlı problem var idi. Aşağı əyilən qaşı düzəltmək mümkün olmadığından yuxarı hissəyə qaş çəkilmişdi. Səhəri gün hamı iki qaşla gəzdi.
Bəlkə də hamıya elə gələ bilər ki, Aygün Kazımova lüks və bahalı məkanları sevir, o cür yerlərdə dincəlir. Lakin o daha çox kənd həyatını sevir. Ən çox da sac yeməklərini yeməyi xoşlayır.
- Onun öz saçları hansı rəngdədir, uzundur, yoxsa qısa?
- Son vaxtlar daha çox öz saçında görünür. Qısa, dalğalı, sarı saçlar.
- Saçının baxımsız, sadə olduğu vaxtlar olub?
- Onun saçlarının baxımsız, sadə oluğu vaxtlar da olub. Hətta efirə də belə çıxıb.
Leyla

2534