“Azəri Star” İlhamə Quliyevaya münsiflik təklif etməyib”
“Azəri Star”ın heyəti İhamə Quliyeva və Vahid Əzizin mətbuatdakı açıqlamalarına üsyan etdi
“Azəri Star” prodakşından İlhamə xanıma münsif olmaq təklifi olmayıb. Bizim İlhamə xanima böyük hörmətimiz var, onun böyük sənətkarımız kimi fikirlərinə hər zaman hörmətlə yanaşırıq və hər zaman onun məsləhətlərinə ehtiyacımız oldugunu bildiririk. Lakin bu il “Azəri star” müsabiqəsində münsiflər heyətində İlhamə xanımın adı yox idi”.
“Azəri Star” prodakşnın mətbuat katibi Pərviz Əsgərov Lent.az-a göndərdiyi yazılı bəyanatda bu fikirləri qeyd edib.
Mətbuat katibi son günlər mətbuatda “Azəristar-2009”la bağlı bəzi qərəzli məqalələr yazıldığını açıqlayib: “Xalq artisti İlhamə Quliyevanın mətbuatda “Mənə “Azərstar”da bu il də munsiflər heyətində təmsil olunmaq təklif olundu, amma imtina etdim” deyərək, müsabiqəylə bağlı digər fikirlər səsləndirməsi birmənali qarşılanmayıb. Hətta ötən illər lahiyədə münsif olan şair Vahid Əzizin də “Mənə də bu il “Azəri Star”da münsif olmaq təklifi gəldi, amma səhhətimlə bağlı Türkiyəyə gedəcəyimi dedim və finalçıların secimi vaxtı mən burda olmadim. Buna gorə bu il mən müsabiqədə munsif kimi iştirak edə bilmədim. Seçimdə olmayan şair canlı yayımda iştirak edə bilməz” - deyərək, mətbuata müsahibə verib”.
Mətbuat katibi hesab edir ki, məqalələrdə “AzəriStar” müsabiqəsinin imicinə zərər vuran ifadələr səslənib: “Bu məqalələrdə “AzəriStar” müsabiqəsinin imicinə zərər vuran ifadələr səslənib ki, buna da biz “Azəri Star” prodakşn olaraq etiraz edirik. Biz hər il olduğu kimi, bu il də Vahid Əzizin münsif olmasını istədik. Vahid Əziz bizə bildirdi ki, böyük məmnuniyyətlə münsiflər kürsüsündə əyləşərdi, sadəcə səhhətiylə əlaqədar Türkiyəyə səfər etməlidi, ona görə biz 4-cü münsifi təyin etmədik. Digər münsifləri isə artıq tanıyırsınız. Öz sənətlərinin peşəkarları - Aygün Səmədzadə, Yaşar Nuri və Faiq Sücəddinov. Biz münsif seçimində kəmiyyət yox, keyfiyyətə üstünlük veririk”.
Mətbuat katibi həmin yazılarla bağlı İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərov və şair Vahid Əzizlə əlaqə saxladıqlarını, orda yazılan bəzi fikirlərin yanlış yazıldığını söylədiklərini bildirib.
Lalə Yusifqızı

1223