Rəqqasə Oksanadan həmkarlarına sərt mesaj
01 avqust 2009 14:30 (UTC +04:00)

Rəqqasə Oksanadan həmkarlarına sərt mesaj

0
“Onlar mənim səviyyəmdə deyillər”

Xəbər verdiymiz kimi, bir neçə gün öncə rəqqaslar Oksana Rəsulova, Aytən və İlham Kərimlinin qonaq olduğu proqramların birində Oksana və İlham Kərimli bir-birlərilə söz savaşı ediblər.

Rəqqas İlham Kərimli proqramda sözünü deyə bilmədiyi üçün Lent.az-a danışmaq istədiyini bildirmiş və Oksananın ünvanına fikirlər demişdi. İlhamın iddialarından sonra Oksana Rəsulova Lent.az-a açıqlama verib: “Bu ittihamları dünən oxudum. Sözün açığı, belə şeyləri oxuyanda ürəkdən gülməyim gəlir. Bu insanlar paxıllıqdan bilmirlər ki, neyləsinlər. Biri var, paxıllıqdan heç olmasa acı həqiqəti deyəsən, biri də var ki, əməlli-başlı yalan danışasan. Mən nə yalan danışmaq istəyirəm, nə də həqiqətləri demək... Sadəcə, gülürəm”.

Açıqlamasının sonunda rəqqasə davalı olduğu həmkarlarına tövsiyə verib: “Bir də məsləhət görürəm ki, məni özlərinə rəqib görməsinlər. Çünki mən o insanlardan bir pillə yuxarıda olsa da, olmaq istəmirəm. Onlar mənim səviyyəmdə deyil”.

Leyla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 977

Oxşar yazılar