Cenifer Lopes ikinci dəfə ana olmağa hazırlaşır
13 iyun 2009 13:00 (UTC +04:00)

Cenifer Lopes ikinci dəfə ana olmağa hazırlaşır

Əkiz uşaq anası olan dünya ulduzu Cenifer Lopes növbəti dəfə ana olmağı planlaşdırır.


Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, Maks və Emmi adlı 13 aylıq əkizlərinin olması ilə həyatının dəyişdiyini bildirən Lopez yenə ana ola bilmək üçün iddialıdır. Həyat yoldaşı Mark Entoninin də yenidən ata olmağı istədiyini söyləyən Lopez, bu yay hamilə qalmağı planlaşdırır.

İyul ayında 40 yaşını qeyd edəcək olan müğənniyə yaxın olan insanlar, “Ad günündən öncə hamilə qalmaq istəyir. Sağlamlığına və yuxusuna xüsusi diqqət yetirməyə başladığı və hətta indidən 2.5 kq arıqladı”, - deyiblər. Lopezin bədənini gücləndirəcək qidaları bolluca yediyi və gündə ən az səkkiz saat yatdığı deyilir.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 928

Oxşar yazılar