Pişik Günelin əri Fərrux sükutu pozdu
11 iyun 2009 12:45 (UTC +04:00)

Pişik Günelin əri Fərrux sükutu pozdu

“Heç özüm də bilmirəm necə oldu, evləndik...”

Pişik Günelin boşanmağa hazırlaşdığı həyat yoldaşı Fərrux Faziloğlu Günelin açıqlamasından sonra danışmaq qərarına gəlib. Fərrux Lent.az-la telefon əlaqəsi saxlayıb, Günelin bəzi açıqlamalarına etiraz edib: “Şikayət ərizəsinin geri götürülməsini mən istəmişəm. Dostum Cavanşirə zəng vurub, məsləhət bilmişəm. Qalmaqalların uzanmasını istəmirəm. Günelin açıqlamasına gəlincə, Cavanşir mənim prodüserim olmayıb, biz, sadəcə, dostluq etmişik, heç vaxt da münasibətimiz pis olmayıb. Bizim dalaşmağımız və mənim Cavanşirlə düşmən olmağım barədə deyilənlər doğru deyil”.

Fərrux vaxtilə Günellə məclislərdə tez-tez qarşılaşdıqlarını və bundan sonra tanış olduqlarını deyib: “Bir-birimizi üç-dörd ay içində tanımışıq. Heç özüm də başa düşə bilmədim ki, necə oldu, necə evləndik, münasibətimiz necə rəsmiyyətə çıxdı... ”

Fərrux tanışlıq tarixçəsibarədə Lent.az-ın yaydığı məlumata münasibət bildirmək istəmədiyini deyib: “Xahiş edirəm, gəlin bu barədə danışmayaq, artıq hər şeyi unutmaq istəyirəm. Bircə onu deyə bilərəm ki, ailəmin xeyir-duası olmadan bundan sonra heç bir iş görmək istəmirəm”.

Fərrux “Günel həqiqətən ana olmağa hazırlaşırdımı” sualına cavab verməzdən əvvəl bir qədər düşünüb, sonra “yox, doğru deyil”, - cavabını verib.

Leyla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1096

Oxşar yazılar