Müğənni Rəşad İlyasovdan “Uşaq ili”nə mənalı jest
Çoxdandır ekranlarda görünməyən müğənni Rəşad İlyasov yaxın günlərdə tamaşaçı qarşısına çıxmağa hazırlaşır. Bu barədə müğənni özü Lent.az-a xəbər verib: “Bu günlərdə klip çəkilişinə hazırlaşıram. Mahnının bəstəsi Novruz Aslana, sözləri isə Gülnur Aslana məxsusdur. Klipə rejissor Günel Şakir rejissorluq edəcək”.
Rəşad mahnının adının “Uşaqları qoruyaq” olduğunu bildirib: “Bilirsiniz, bu il ölkə başçısının sərəncamı ilə “Uşaq ili” elan olunub. Buna görə də klipi uşaqlara həsr etməyi qərara aldım. Klip iki yerdə - studiyada və təbiət qoynunda çəkiləcək”.
Lalə Yusifqızı

1028