Pişik Günel: “Mən qızam, başa düşürsünüz də...” - MÜSAHİBƏ
09 iyun 2009 12:30 (UTC +04:00)

Pişik Günel: “Mən qızam, başa düşürsünüz də...” - MÜSAHİBƏ

Bu günlərdə böyük toy mərasimi ilə subaylığın daşını atmağa hazırlaşan müğənni Pişik Günel, özünün dediyinə görə, böyük sürprizlə üzləşib. Toya bir neçə gün qalmış nişanlısı Fərrux telefonunu söndürərək, Günellə əlaqəni kəsib. Fərrux mətbuata Günellə ailəsinin razılığı olmadan evlənmək istəmədiyini deyib. Nikah şəhadətnaməsində artıq ərli olan Pişik Günel söz-söhbətlərdən sonra boşanmağa qərar verib. Günel söhbətlərdən narahat olduğunu və son açıqlamasını Lent.az-a verib hər şeyə son qoymaq arzusunda olduğunu deyib...

- Toya iki gün qalıb. Oğlan yenə də ortaya çıxmır. Ona görə də öz fikrimi bildirməyin zamanıdır. Hər iki tərəfdən ailələrimizin narazılığına baxmayaraq, biz öz sevgimizi qanuni nikahla və kəbinlə sübuta yetirdik. Fərruxun fikrini bilmədən, eşitmədən, toya bir həftə qalmış səssiz-səmirsiz, müəmmalı tərzdə kənara çəkildiyinə görə mənə qarşı edilən haqsızlığa son verərək qanuni nikahı pozmaq qərarına gəldim. Qarşı tərəfi də boşanmağa dəvət edirəm. İstəyirəm ki, bu söz-söhbətlərə son qoyulsun.

- Sirr deyilsə, siz harada tanış olmuşdunuz?

- Harada tanış olmuşduq? Mən onu həmkarım kimi tanımışdım...

- Neçə vaxtıdır tanışsınız?

- Eh, nə bilim, mən bu barədə artıq danışmaq istəmirəm. Elə bu sözlərimi demək istəyirəm. Nə fərqi var, nə vaxt tanış olmuşuq...

- Deyirsiniz o da müğənnidir, amma onu efirdə görməmişik...

- O da müğənniliyə yeni başlayıb. Bizim qanuni kəbinimiz var. O müəmmalı şəkildə kənara çəkilirsə, bunu mənə deyə bilərdi.

- Deyirsiniz ki, ailənin narazılığını bilə-bilə kəbinə imza atmısınız. Bu addımı atan adam birdən-birə necə çıxıb getdi?

- Onun da ailəsi, mənim də ailəm narazı idi. Toyumuza bir həftə qalmış dəvətnamələri özü paylayırdı. Restoranı birlikdə gedib danışmışdıq. Mənə də maraqlıdır. Mənim özümə bunu demir, yaxınlarıma xəbər göndərdi. Niyə məhz birinci mətbuata müraciət edir?

- Bəlkə telefon nömrəsini deyəsiniz, onunla danışaq?

- Telefonu söndürülüb. Mən əlaqə saxlaya bilmədim. Mümkün deyil bizim bir araya gəlməyimiz. Bu insan məsuliyyət hiss eləmir. Ondan necə ailə başçısı olacaq?!

- Bayaq cavab vermədiniz, siz onunla neçə vaxtdır münasibətdə idiniz?

- ...Bu elə də əhəmiyyət kəsb etmir. Fakt odur ki, bu mənim kəbinli həyat yoldaşımdır.

- Yox, bunun əhəmiyyəti böyükdür. Məsələ burasındadır ki, sizin münasibətinizə heç kim inanmır...

- Bilmirəm, qarşı tərəf üçün bu reklamdır, yoxsa yox. Əgər bunu belə fikirləşirlərsə, bu çox ucuz reklamdır. Qarşı tərəfi biabır edir. Söhbət məndən gedir. Mənim qürurumu tapdalayıb, şərəf və ləyaqətimə toxunub. Məncə, bu, düzgün deyil. Nə dərəcədə düzgündür? Əgər belə bir şey olsaydı, mən kəbin edərdim? Bu mənim həyatımdır, başa düşürsünüz. Bu reklam xatirinədirsə, mənəviyyatsızlıqdan xəbər verir. Mən qızam da, başa düşürsünüz, hansı qız istəyər ki reklama görə kəbinli olsun? Kim buna razı ola bilər. Oğlana ayıb ola bilməz, amma qız üçün ayıbdır. Nikah oyuncaqdır bəyəm?...Mən özüm də o qədər “tupoy” deyiləm axı...

Leyla
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4442

Oxşar yazılar