Aysel Teymurzadə “Turkvision”nun açılışında iştirakdan imtina edib
“Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Teymurzadə Türkiyədə keçiriləcək “Turkvision” yarışmasına dəvət olunub. APA-nın məlumatına görə, sözügedən müsabiqə 23-28 iyun tarixlərində Türkiyənin Pamukkale turizm zonasında keçirilməsi nəzərdə tutulub. Türkdilli dövlətlərinin təmsil olunacağı müsabiqə Türkiyənin TRT kanalı ilə canlı yayımlanacaq. Müsabiqənin açılış mərasimində çıxış etmək üçün isə “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Teymurzadə və Türkiyəni təmsil edən Hadisə Açıqgöz dəvət olunub. A. Teymurzadənin ailəsindən APA-ya bildirilib ki, gənc müğənni həmin ərəfədə başqa ölkədə səfərdə olması səbəbindən bu dəvəti qəbul edə bilməyib. A. Teymurzadə həmin vaxt Yunanıstanda səfərdə olacaq və orada duet ortağı Araşla birgə konsert proqramı ilə çıxış edəcək. Məlumatda o da bildirilib ki, Aysel Teymurzadə bu gün İsveçə yola düşüb. Müğənni İsveçdə Araşla birgə bir neçə layihəni həyata keçirmək niyyətindədir.
Oxşar yazılar

Məşhur aparıcının yoldaşı ilə birlikdə İLK FOTOSU -FOTO
15 avqust 2022 , 16:12
Məşhur yarışmanın azərbaycanlı iştirakçısı TANINMAZ HALDA - FOTO
15 avqust 2022 , 13:39
Bu da Röyanın Londonda oxuyan oğlu - FOTO
15 avqust 2022 , 11:33
Ukraynanın əfsanəvi rok qrupu Bakıda çıxış edib - VİDEO
13 avqust 2022 , 16:57
Aleyna Tilkinin reklamdan qazandığı ŞOK MƏBLƏĞ
13 avqust 2022 , 14:31"Adları da yadımda deyil" - Nisə Qasımova gənc ifaçılardan danışdı - VİDEO
13 avqust 2022 , 13:19
Ebru Gündeşin SƏHNƏ QİYMƏTİ - Eşidənlər heyrətə gəldi...
13 avqust 2022 , 12:00