Yevlaxda faciəli şəkildə ölən qadınla bağlı YENİ XƏBƏR
13 dekabr 2021 16:01 (UTC +04:00)

Yevlaxda faciəli şəkildə ölən qadınla bağlı YENİ XƏBƏR

Yevlaxda oğurluğa görə həbs olunan şəxsin qətl hadisəsində iştirakı yoxlanılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, Göygöl rayon polis şöbəsinin İstintaq bölməsində istintaq olunan iş üzrə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Hüseynov Elnur Rasim oğlunun bu il aprelin 14-də Yevlax rayonu Aşağı Bucaq kəndində yerləşən sexdə 53 yaşlı Hüseynova Səidə İmran qızının yanaraq ölməsi faktına görə Yevlax rayon Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə həmin hadisədə iştirakının olub-olmaması istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

# 2397
avatar

Mehman Nəbiyev

Oxşar yazılar