Okeanın bu yeri  ən təhlükəli və sirli   hesab olunur
06 may 2024 15:23 (UTC +04:00)

Okeanın bu yeri ən təhlükəli və sirli hesab olunur

Okeanın sirlərindən danışdıqda, ağlımıza ilk növbədə Bermud üçbucağı gəlir. Bu, bir çox həyatı məhv edən çox sirli bir yerdir. Amma qeyd edək ki, okeanda eyni dərəcədə qorxulu sayılan daha bir yer var, lakin çox az adam bu barədə eşidib.

Okeanın hansı yeri məşhur Bermud üçbucağı qədər təhlükəlidir?

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyadan olan dənizçilər və balıqçılar ən çox bu anomaliya ilə qarşılaşırdılar.

Təhlükəli yer Şeytan Üçbucağı ləqəbini alıb. Bəzən buna İblis dənizi də deyirlər. Sakit okeanda yerləşir. Bermud üçbucağında olduğu kimi, bu yerdə də gəmilər tez-tez yoxa çıxırmış.

Mütəxəssislər hər biri bir sıra versiyalar təklif ediblər. Lakin bir məşum hadisədən sonra bu ərazinin kəşfiyyatı dayandırılıb. Hadisə budur ki, İblis dənizi bölgəsində bu anomal zonanın sirlərini öyrənməyə gedən bir qrup mütəxəssis izsiz yoxa çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076
avatar

Fidan İlqar

Oxşar yazılar