Gec yatsanız, 600 dollar  qazana bilərsiniz - TƏFƏRRÜATLAR
13 noyabr 2025 18:25 (UTC +04:00)

Gec yatsanız, 600 dollar qazana bilərsiniz - TƏFƏRRÜATLAR

0

Gecə yarısından sonra yatmağa alışmış insanlar yeni elmi tədqiqatda iştirak etməklə 600 dollara qədər qazanc əldə edə bilərlər. ABŞ-ın Boston şəhərində yerləşən Brigham and Women’s Hospitalın yuxu və sirkadiyalı ritm pozuntuları şöbəsi, Harvard Tibb Məktəbi ilə birgə aparacağı genişmiqyaslı araşdırma üçün iştirakçı cəlb edir.

Bu barədə Lent.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Kimlər iştirak edə bilər?

Tədqiqatın məqsədi xüsusi yuxu dərmanının gec yatmağa vərdiş etmiş insanlara necə kömək edə biləcəyini öyrənməkdir. Seçim üçün aşağıdakı meyarlara uyğun şəxslər tələb olunur:

18–65 yaş arası böyüklər, adətən gecə yarısından sonra yatağa gedən şəxslər və siqaret çəkməyənlər.

Araşdırma necə keçiriləcək?

Proses bir neçə mərhələdən ibarət olacaq:

Skrininq: 3–4 həftəlik ilkin yoxlama mərhələsi

Monitorinq: Ev şəraitində ən azı 35 gün yuxu dərmanının qəbulu və gündəlik qeydlərin aparılması

İzləmə: Yuxunun dəqiq müşahidəsi, dərman istifadəsinə nəzarət və tədqiqatçılarla mütəmadi konsultasiyalar

Brigham and Women’s Hospital yuxu tədqiqatları sahəsində demək olar ki, 100 illik tarixə malikdir. 1929-cu ildə məhz bu xəstəxanada insanın yuxu vaxtını tənzimləyən beynin hissəsi orqanizmin “əsas bioloji saatı” ilk dəfə aşkarlanıb. Daha sonra burada işığın daxili saatlara təsiri də sübut olunub.

ABŞ-da yuxu problemi geniş yayılıb

Mütəxəssislər yuxunun minimum 7 saat olmasını tövsiyə etsələr də, ABŞ-də vəziyyət ciddi olaraq qalır. CDC statistikası problemin geniş yayıldığını göstərir:

2020-ci ildə böyüklərin 33,2 faizi gündə 7 saatdan az yatıb, 14,5 faiz insan tez-tez və ya hər gün yuxuya getməkdə çətinlik çəkib, 2024-cü ildə yalnız 25 faiz amerikalı hər gün özünü tam yuxulu hesab etdiyini bildirib. Kifayət qədər yatmaq diabet 2 tipi və ürək xəstəlikləri kimi xroniki problemlərin riskini azaldır, emosional sağlamlığı yaxşılaşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar