İlkay haqqında sürpriz iddia:  Ayrılacağını açıqladılar
13 noyabr 2025 16:29 (UTC +04:00)

İlkay haqqında sürpriz iddia: Ayrılacağını açıqladılar

0

"Qalatasaray"ın mövsümün əvvəlində transfer etdiyi İlkay Gündoğanla bağlı gözlənilməz bir transfer şayiəsi yayılıb. 

Lent.az-ın Türkiyə KİV-nə istinadla xəbərinə görə, Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunun təcrübəli oyunçuya ciddi təklif verməyə hazırlaşdığı bildirilir. Gündoğanın "Qalatasaray"la 2027-ci ilə qədər müqaviləsi var. 

Məlumata görə, mövsümün əvvəlində "Qalatasaray"la 2027-ci ilə qədər müqavilə imzalayan İlkay Gündoğanı transfer etmək üçün "Əl-Əhli"nin addım atdığı bildirilir. Xəbərdə klubun təcrübəli 35 yaşlı ulduza möhtəşəm bir təklif verməyə hazırlaşdığı da qeyd edilir.

İlkay Gündoğan bu mövsüm "Qalatasaray"da oynadığı 7 rəsmi oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar