Bakıda  bahalı motosiklet   oğurlandı - VİDEO
06 may 2024 14:50 (UTC +04:00)

Bakıda bahalı motosiklet oğurlandı - VİDEO

Yasamal rayonunda vətəndaşlardan birinə məxsus dəyəri 3 min manat olan motosikletin naməlum şəxslərin oğurlaması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində əməli törədən Abşeron rayon sakinləri Nurlan Kərəmov, Kənan Səlimov və  Eltun Nəcəfov saxlanılıblar. Saxlanılanların törətdiyi oğurluq əməli təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb. 

Şöbə əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı paytaxt ərazisində taksi sürücülərinə qarşı dələduzluq edərək onların mobil telefon və pul vəsaitlərini ələ keçirən əvvəllər oğurluq, dələduzluq, eləcə də narkotiklərlə bağlı cinayətlərə görə dəfələrlə məhkum olunmuş Anar İmanov saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə də aşkar olunaraq götürülüb. A.İmanovun paytaxtın müxtəlif ərazilərində taksi sürücülərinə qarşı dələduzluq etdiyi müəyyən edilib. 

A.İmanov, N.Kərəmov, K.Səlimov və E.Nəcəfov analoji əməllərdə iştiraklarının olub-olmaması araşdırılır. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2607
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Qızlara nalayiq suallar verən azərbaycanlı fenomen  TUTULDU

Qızlara nalayiq suallar verən azərbaycanlı fenomen TUTULDU

19 iyun 2024 , 11:20
Qusarda uşağı maşın vurub öldürdü

Qusarda uşağı maşın vurub öldürdü

19 iyun 2024 , 10:41
Balakənli gənc Zaqatalada çayda boğuldu

Balakənli gənc Zaqatalada çayda boğuldu

19 iyun 2024 , 10:27
Vergidən yayınan zavod direktoru Azərbaycanda saxlanıldı

Vergidən yayınan zavod direktoru Azərbaycanda saxlanıldı

19 iyun 2024 , 10:17
Sumqayıtda 18 yaşlı gənc özünü asdı

Sumqayıtda 18 yaşlı gənc özünü asdı

19 iyun 2024 , 09:49
Təyyarədə hadisə; sərnişin polisi dişlədi

Təyyarədə hadisə; sərnişin polisi dişlədi

19 iyun 2024 , 02:15
Kürdəmirdə maşın aşdı, 3 nəfər öldü  - YENİLƏNİB

Kürdəmirdə maşın aşdı, 3 nəfər öldü - YENİLƏNİB

18 iyun 2024 , 19:41
19 yaşlı oğlan Araz çayında batdı

19 yaşlı oğlan Araz çayında batdı

18 iyun 2024 , 18:42