Argentina millisinin, "Barselona", "Atletiko Madrid" və "Sampdoriya"nın keçmiş baş məşqçisi Sesar Luis Menotti 86 yaşında vəfat edib.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, argentinalı mütəxəssisin məşqçilik karyerasında ilk klubu 1973-cü ildə rəhbərlik etdiyi “Nyuells Old Boyz” olub. Sesar Luis Menotti bu komanda ilə çalışdıqdan sonra “Urakana”nın baş məşqçisi olub. 1974-cü ildə Menotti Argentina millisinə rəhbərlik etmək təklifi alıb.
Onun rəhbərliyi altında argentinalılar 1978-ci ildə dünya kubokunu qazanan Menotti 1983-cü ildə milli komandadan ayrılıb. Daha sonra mütəxəssis "Barselona"ya rəhbərlik edib və bir neçə ildən sonra Uruqvayın “Penyarole” klubuna keçib. Menottinin karyerasında sonuncu klubu “Estudiantes Tekos” olub. Sesar Luis 2007-ci ildə Meksika komandasını tərk edib.