“Yuventus” baş məşqçisini qovdu
18 may 2024 07:13 (UTC +04:00)

“Yuventus” baş məşqçisini qovdu

“Yuventus” baş məşqçi Massimiliano Alleqri ilə yollarını ayırdığını açıqlayıb.

Lent.az xəbər verir ki, təcrübəli mütəxəssis İtaliya kubokunun finalındakı davranışına görə qovulub.

Turin klubu “Atalanta” ilə görüşdə 1:0 hesabı ilə qalib gələrək, tarixində 15-ci dəfə ölkə kubokuna yiyələnib. Oyunun 90+3-cü dəqiqəsində hakimin qərarları ilə razılaşmayan baş məşqçi pencəyini cırıb və ehtiyat hakimin üzərinə yeriyib. Rəhbərlik bu hərəkətinə görə, qırmızı vərəqə ilə cəzlandırılan Alleqrini bağışlamayıb. Verilən açıqlamada baş məşqçinin davranışının klubun prinsipləri ilə üst-üstə düşmədiyi qeyd olunub.

Qeyd edək ki, Massimilano 2021-ci ildən “Yuventus”a rəhbərlik edib. Komanda bu müddət ərzində onun başçılığı ilə 149 oyun keçirib, 80 dəfə qələbə qazanıb, 34 dəfə heç-heçə oynayıb, 35 dəfə uduzub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1752
avatar

Oxşar yazılar