Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı
18 may 2024 09:57 (UTC +04:00)

Messinin ilk müqaviləsini imzaladığı salfet 900 min avroya satıldı

Üzərində Messinin ilk müqaviləsini imzaladığı salfet fantastik qiymətə satılıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, sözügedən müqavilə Messi 13 yaşında olarkən, imzalanıb. Salfet nə az, nə çox 900 min avroya satılıb.

Lionel Messi 2003-cü ilin noyabrında Portuqaliyanın “Porto” komandası ilə yoldaşlıq oyununda “Barselona”nın böyük komandasında debüt edib. Messi ilk dəfə rəsmi olaraq 16 oktyabr 2004-cü ildə “Espanyol”la oyunda, 82-ci dəqiqədə əvəzedici kimi oynayıb.

Futbolçu 2023-cü ildə Amerikanın “İnter Mayami” klubuna keçməzdən əvvəl 17 il “Barselona”da oynamağa davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1704
avatar

Oxşar yazılar