Bakının mərkəzi küçələrində "ekstazi" və "banzay"  satmaq istəyən saxlanıldı - VİDEO
18 may 2024 14:24 (UTC +04:00)

Bakının mərkəzi küçələrində "ekstazi" və "banzay" satmaq istəyən saxlanıldı - VİDEO

Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə Xəqani küçəsində bir nəfərin narkotik vasitənin təsiri altında olması barədə əməliyyat məlumatı daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, keçirilən tədbirlər nəticəsində həmin şəxs 40 yaşlı paytaxt sakini Fərid Bayramov saxlanılaraq Polis Bölməsinə gətirilib. Ondan güclü təsir edən maddələr olan 64 ədəd “lirika”, 50 ədəd “ekstazi” həbləri, külli miqdarda kokain və 14 büküm bitki mənşəli sintetik narkotik vasitə olan “banzay” aşkar olunub.

F.Bayramov narkotikləri şəxsi istifadəsi ilə yanaşı satmaq niyyəti ilə əldə etdiyini bildirib.

Faktla bağlı 39-cu Polis Bölsində toplanan material Səbail rayon Polis İdarəsinə göndərilib. F.Bayramovun narkotikləri əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3669
avatar

Oxşar yazılar