500 manatdan aşağı  cinayətlərə baxılmır? - Polisdən AÇIQLAMA
18 may 2024 14:35 (UTC +04:00)

500 manatdan aşağı cinayətlərə baxılmır? - Polisdən AÇIQLAMA

Azərbaycan qanunvericiliyinə uyğun olaraq, cinayət işi əsasında cəzalandırmanın tətbiqi üçün dəyən ziyanın miqdarı 500 manat və daha çox olmalıdır. İnsanlarda yaranan suallardan biri də elə məhz iqtisadi cinayətlərlə bağlıdır. Əksəriyyət iddia edir ki, 500 manatdan aşağı cinayətlərlə bağlı müraciət etdikdə polis məsələyə baxmır.

Maraqlıdır bəs, bu halla qarşılaşmış insanların şikayətinə necə baxılır? Hansı proseslər aparılır?

Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev Lent.az-a bildirib ki, həmin şəxs barədə inzibati tənbeh tədbiri görülür:

"Daxil olmuş müraciətə əsasən İnzibati xətalar məcəlləsinin xırda talama maddəsinə əsasən şəxs barədə inzibati tənbeh tədbiri tətbiq edilir".

Mövzu ilə bağlı saytımıza açıqlama verən "Norma" hüquq mərkəzinin direktoru Şamil Paşayev qeyd edib ki, zərər ödənilməsə məhkəməyə verilir:

"Polisə müraciət edilir. 500 manatdan aşağı olduğu üçün inzibati iş açılır. Cərimə də ola bilər, həbs də. Amma hərtərəfli zərər ödənilməlidir. Ödənilməsə, məhkəməyə verilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8580
avatar

Fidan İlqar

Oxşar yazılar