“Kişilər özləri ilə qadın bezləri gəzdirməlidirlər” - Ceyda Düvenci
06 may 2024 11:36 (UTC +04:00)

“Kişilər özləri ilə qadın bezləri gəzdirməlidirlər” - Ceyda Düvenci

Aktrisalığı ilə yanaşı aparıcılığı ilə də tanınmış Ceyda Düvenci maraqlı açıqlaması ilə diqqət çəkib.

Lent.az-ın xəbərinə görə, o qadınların menustrasiya olmasının ayıb, gizli bir iş kimi saxlanmasının əleyhinə olduğunu bildirib.

“Biz qadınıq. Təbiət bizi belə yaradıb. Hər ay müntəzəm olaraq menustrasiya prossesi baş verir. Bundan danışanda niyə qiyamət qopur? Kişiləri buna alışdırmaq lazımdır. Məsələn, kişilər ofisdə işləyən qadın həmkarlarına kömək etmək üçün hər zaman şkaflarında qadın bezləri saxlaya bilərlər. Ehtiyacı olanlar onlardan istəsin. Zaman içində bu adi alışqanlıq halına gələcək. Bu barədə danışmaq normaldır, ayıb deyil”,-  deyə aktrisa bildirib.

Onun bu fikirləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4098
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar