Küçədə qadının boğazını kəsib öldürdü
04 may 2024 18:37 (UTC +04:00)

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib.

Həmçinin S.K. onları ayırmağa gələn başqa bir qız Nur G.-nı da yaralayıb.

Qızlar xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, Edanuru xilas etmək mümkün olmayıb.

Hadisə yerindən qaçan S.K. polis tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

# 3918
avatar

Oxşar yazılar