“Ferrari”  super güclü   avtomobili təqdim etdi
06 may 2024 11:58 (UTC +04:00)

“Ferrari” super güclü avtomobili təqdim etdi

Yeni model məşhur “Ferrari 812 Superfast”ın əvəzedicisi hesab olunur.

ABŞ-da əfsanəvi italyan avtomobil istehsalçısının “Ferrari 12Cilindri” adlanan yeni modeli təqdim olunub. 

Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə “Ferrari”nin rəsmi saytı məlumat yayıb.

Avtomobil yüksək sürətli atmosferli V12 mühərriki ilə təchiz edilib. 819 at güclü 12Cilindri 0-dan 100 km/saata 2,9 saniyəyə sürətlənir və 340 km/saat sürətə çatır. Yeni model 395 min avrodan, konvertasiya üçün 435 min avrodan başlayan qiymətlərlə satılır.

Avtomobilin dizaynı müasir tendensiyaları və məşhur brendin klassik üslubunu özündə birləşdirir. Öz silueti baxımından “Ferrari 12Cilindri” digər məşhur modeli - 2020-ci ildən istehsal olunan “Ferrari Roma”nı çox xatırladır.

Əslində, söhbət “Ferrari 812 Superfast”ın varisindən gedir. Sonuncu ilk dəfə 2017-ci ildə Cenevrə avtosalonunda nümayiş etdirilib və elə həmin il bazarda satılmağa başlanılıb. 

Yeni avtomobilin dizaynında karbon istifadə edilib, ona görə də “Ferrari 12Cilindri”nin çəkisi cəmi 1567 kiloqramdır. Yeni məhsulun salonunda üç displey yerləşdirilib ki, onlardan biri avtomobilin sərnişini üçün nəzərdə tutulub. Seçimlərə 15 dinamikli Burmester akustikası daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3891
avatar

Oxşar yazılar