Avropa çempionu müharibədə həlak oldu
06 may 2024 18:19 (UTC +04:00)

Avropa çempionu müharibədə həlak oldu

2016 və 2017-ci illərdə ağır atletika üzrə 85 kiloqram çəki dərəcəsində Avropa çempionatında qızıl medal qazanan 30 yaşlı idmançı Ukraynanın azadlığı və müstəqilliyi uğrunda canından keçib.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Aleksandr Peleşenko 2022-ci ildə müharibə başlayanda cəbhəyə gedib. Mayın 5-də döyüş tapşırığını yerinə yetirərkən faciəvi şəkildə həlak olub.

İki Avropa titulundan əlavə, Aleksandr 2016-cı il Olimpiya oyunlarının (4-cü yer) və 2015-ci il Dünya çempionatının (4-cü yer) iştirakçısı olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4176
avatar

Oxşar yazılar