Ronaldonun 2016-cı ildən bəri  ən məhsuldar  mövsümü
06 may 2024 12:09 (UTC +04:00)

Ronaldonun 2016-cı ildən bəri ən məhsuldar mövsümü

"Əl Nəsr"in hücumçusu Kriştiano Ronaldo klub səviyyəsində son səkkiz ilin ən məhsuldar mövsümünü keçirir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ötən həftə sonu 39 yaşlı portuqaliyalı “Əl-Vahda”ya qarşı het-trik edib (6:0) və klub səviyyəsində mövsümdə qollarının sayını 45-ə çatdırıb. 

Bu, Ronaldo üçün 2015/16-ci il mövsümündən bəri ən yaxşı performans göstəricisidir. Portquqaliyalı hücumçu o zaman  “Real”da çıxış edib və 48 oyunda 51 qol vurub.

Ronaldo 2023-cü ilin yanvarından "Əl-Nəsr"də çıxış edir. Portuqaliyalı Səudiyyə klubunun heyətində 59 oyun keçirib, 55 qol vurub və 11 məhsuldar ötürmə edib. “Əl-Nəsr”ın heyətində Ronaldo Ərəb Çempionlar Liqasının qalibi olub.

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində lider “Əl-Hilal”dan 9 xal geri qalaraq ikinci yerdədir. Ronaldo turnirdə ən çox qazanan oyunçudur. O, 27 oyunda 32 qol vurub, 10 məhsuldar ötürmə edib.


 

# 5553
avatar

Oxşar yazılar