Bakıda küçədə dava oldu, bıçaqlanan var
05 may 2024 22:01 (UTC +04:00)

Bakıda küçədə dava oldu, bıçaqlanan var

Bakının Xətai rayonunda dava zamanı 23 yaşlı oğlan bıçaqlanıb.

Lent.az xəbər verir ki, hadisə NZS qəsəbəsində qeydə alınıb.

Küçədə qeydə alınan dava zamanı 2001-ci il təvəllüdlü Quliyev Zaur Zülfi oğlu bıçaqlanıb.

Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

# 3177
avatar

Oxşar yazılar