Türkiyədə “qanuni oğru”nun güllələnməsinin TƏFƏRRÜATI:  Ermənistan kürdləri   saxlanıldı
17 yanvar 2023 13:45 (UTC +04:00)

Türkiyədə “qanuni oğru”nun güllələnməsinin TƏFƏRRÜATI: Ermənistan kürdləri saxlanıldı

Türkiyə polisi Trabzonda güllələnərək öldürülən kriminal dairələrdə Rezo Tbilisski kimi tanınan gürcü “qanuni oğru” Rezo Lortkipanidzeni öldürməkdə şübhəli bilinən iki rusiyalını saxlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, mərhumun əhatəsində olanlar, onu Mateviç kimi tanınan başqa bir “qanuni oğru” Roin Uqlava ilə qarışdıraraq səhvən öldürülə biləcəyinə inanırlar. O və Rezo qonşuluqda yaşayırdılar - müxtəlif mərtəbələrdə yerləşən yaşayış binasının eyni girişində. Qətl günü hər ikisi Rezonun maşını ilə evdən uzaqlaşıblar. O, tək qayıdıb, lakin qatilin bundan xəbəri olmayıb. O, maşınına tərəf qaçaraq sərnişinin pəncərəsinə atəş açıb, bundan sonra qatil qaçıb.

Polis onu Trabzonun 250 kilometrliyində şəriki ilə birlikdə saxlayıb. Onların ruslar - Nabo və Reduan Mustafayevlər - əslən Ermənistandan olan, Bolqarıstandan Türkiyəyə gələn etnik kürdlər olduğu üzə çıxıb.

Rezo Lortkipanidze

Dəfələrlə məhkum olunmuş Lortkipanidze ən təcrübəli və hörmətli adamlardan biri hesab olunurdu. O, qədim bir knyaz ailəsinin nəslindən idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3990

Oxşar yazılar