Türkiyədə 14 yaşlı qız 4 nəfəri bıçaqlayıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursa şəhərinin Osmanqazi qəsəbəsində baş verib.
14 yaşlı Suriya əsilli qız F. E. ilə ana D.D. və iki qızı arasında mübahisə yaşanıb. Bu zaman suriyalı qız ana və iki qızını bıçaqlayıb. Daha sonra onlara köməyə gələn başqa bir əcnəbi oğlana da bıçaqla hücum edərək, onu yaralayıb. 4 nəfəri bıçaqlayan yeniyetmə qız hadisə yerindən qaçıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Polis qızın tutulması üçün axtarışlar aparır.