Oğurlqu edən Sarı Əmirov və Vüsal Böyükkişiyev
31 mart 2021 10:35 (UTC +04:00)

Oğurlqu edən Sarı Əmirov və Vüsal Böyükkişiyev

Sinif yoldaşı ilə birləşib bibisinin evini qarət etdi - FOTO

Ağstafada evdən oğurluq edən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakini Sarı Əmirov sinif yoldaşı Vüsal Böyükkişiyevlə qabaqcadan əlbir olaraq, bibisinə məxsus fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan 3000 manat dəyərində müxtəlif növ məişət əşyalarını və 7000 manat dəyərində müxtəlif qızıl-zinət əşyalarını gizli yolla talayaraq oğurlayıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində həmin şəxslərin rayon ərazisində digər anoloji cinayət hadisəsi törətmələri aşkar edilib. Həmin şəxslər rayonun Dağ Kəsəmən kəndində digər bir evə qanunsuz yolla daxil olaraq oradan da müxtəlif məişət əşyalarını oğurlayıblar.

Şübhəli şəxslər saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı onlar törətdikləri oğurluq hadisələrini etiraf edərək oğurladıqları əşyaları müxtəlif yerlərdə satdıqlarını bildiriblər

# 1407
avatar

Mehman Nəbiyev

Oxşar yazılar