Cəmil Məmmədov
03 sentyabr 2021 13:37 (UTC +04:00)

Cəmil Məmmədov

Sakinlər şikayət etdi, narkotacir tutuldu - VİDEO

Abşeronda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu barədə Pirəkəşkül qəsəbə sakinləri rayon Qobu Polis Bölməsinə çoxsaylı şikayətlər edib.

Daxil olan çoxsaylı şikayətlər əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan Cəmil Məmmədov saxlanılıb. Onun Pirəkəşkül qəsəbəsində yerləşən mənzilinə baxış zamanı satmaq məqsədi ilə əldə etdiyi narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetemanin aşkar edilib. Cəmil Məmmədovdan aşkar edilən narkotik vasitələrin ümumi çəkisi isə 50 qramdan artıq olub.

Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün 1 dəfə məhkum edilib. O, ifadəsində Pirəkəşkül qəsəbəsi və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla  bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.    

Abşeronda narkotacir tutuldu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2418
avatar

Mehman Nəbiyev

Oxşar yazılar