Polis məmuru hərbçini öldürdü
17 may 2024 16:53 (UTC +04:00)

Polis məmuru hərbçini öldürdü

Türkiyədə polis hərbçini öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Çorum şəhərinin Osmancık qəsəbəsində baş verib. Polis əməkdaşı olan 45 yaşlı Hüseyn Çoldur ilə qonşusu təqaüdə çıxmış hərbçi 40 yaşlı Fatih Afacan arasında münaqişə yaşanıb.

Münaqişə zamanı Hüseyn Çoldur tapançası ilə qonşusuna atəş açıb. Güllələr kişinin baş və bədəninin müxtəlif yerlərinə dəyib. Xəstəxanaya yerləşdirilən Afacan orada keçinib.

Daha sonra polis hadisə yerindən uzaqlaşaraq, işlədiyi şöbəyə gedib təslim olub.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4155
avatar

Oxşar yazılar