Polis 50-dən çox avara və dilənçini saxladı - STATİSTİKA
03 aprel 2021 11:24 (UTC +04:00)

Polis 50-dən çox avara və dilənçini saxladı - STATİSTİKA

Bakıda polis ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı profilaktik tədbirlər keçirir. 

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şəhərin bütün rayonlarını əhatə edən tədbirlərdə hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının təmin olunması ilə bağlı fəal iş aparılır. 

Aprelin 2-də polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlərlə müxtəlif növ cinayət törətdiklərinə görə axtarışı elan olunan 26 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, küçə ticarəti ilə məşğul olduqlarına görə 118, 53 nəfər avara və dilənçilik həyat tərzi keçirən, eləcə də xırda xuliqanlıq, xırda talama, antisanitariya və digər sosial-neqativ hallar aşkar olunaraq qabaqlayıcı tədbirlər görülüb.

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejim qaydalarının pozulması üzrə 1483 fakt qeydə alınıb ki, onlardan 12 nəfər müalicə təyin olunduğu ünvanı tərk edən aktiv infeksiya daşıyıcıları olub.

Daxili işlər nazirliyinin əməkdaşları tərəfindən xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1941
avatar

Mehman Nəbiyev

Oxşar yazılar