Oğul pul verməyən anasını benzin töküb yandırdı
22 may 2024 15:38 (UTC +04:00)

Oğul pul verməyən anasını benzin töküb yandırdı

Türkiyədə oğul anasını benzin tökərək yandırıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə aprelin 18-də Sakarya şəhərinin Akyazı qəsəbəsində baş verib. Əvvəl də 64 yaşlı anası Mükerrem Yılmazdan pul alan 42 yaşlı Ö.Y. bu dəfə də pul istəyərkən yox cavabı alıb. Bundan əsəbiləşən oğul benzin tökərək anasını və özünü yandırıb.

32 gün xəstəxanada müalicə alan qadının həyatını xilas etmək mümkün olmayıb. Hər iki əlini yandıran oğul isə polis tərəfindən saxlanılaraq, cəzaçəkmə müəssisəsinə göndərilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3987
avatar

Oxşar yazılar