Müğənnini sevgilisi döyüb öldürdü
17 may 2024 13:35 (UTC +04:00)

Müğənnini sevgilisi döyüb öldürdü

Rusiyanın Sankt-Peterburq şəhərində “Una” musiqi qrupunun solisti Anastasiya Kotova sevgilisi tərəfindən döyülərək öldürülüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 37 yaşlı Anastasiya və onun 31 yaşlı sevgilisi Artem Kolpinodakı bir mənzildə birlikdə olublar. Bu zaman cütlük arasında münaqişə yaranıb, sərxoş kişi Anastasiyaya bir neçə güclü zərbə vurub.

Qız qan içində yatarkən gənc isterik vəziyyətdə 112-yə zəng vurub və heç bir suala aydın cavab verə bilməyib. Nəticədə Anastasiya aldığı xəsarətlərdən yerindəcə keçinib.

Artem hazırda həbsdədir. Faktla bağlı qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb. Məlum olub ki, o, əvvəllər 3 dəfə quldurluğa görə məhkum olunub.

Anastasiya Kotova 2005-ci ildən “Una” qrupunun tərkibində çıxış edir. O, gələn həftə ad gününü qeyd etməli idi. Qrup tezliklə Anastasiyanın son mahnısını təqdim edəcəyinə söz verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2880
avatar

Oxşar yazılar