Lənkəranskinin adamı 2 milyona görə öldürülüb -FOTO
05 aprel 2021 10:40 (UTC +04:00)

Lənkəranskinin adamı 2 milyona görə öldürülüb -FOTO

Martın 31-də Türkiyənin İstanbul şəhərində azərbaycanlı avtoritetin ölümü ilə nəticələnən atışmanın təfərrüatı məlum olub.

Lent.az Rusiya KİV-ə istinadən bildirir ki, hadisə şəhərin Başakşəhər məhəlləsində baş verib. Olayın 2 milyon türk lirəsi ( təxminən 414 min 600 manat) daşınmaz əmlak alğı-satqısı üstündə ortaya çıxdığı bildirilir. Əvvəlcə 8 nəfər qeyd olunan məsələ barəsində mübahisə ediblər. Onlar məsələni sakitliklə yerinə qoymaq istəsələr də, sonda atışma baş verib.

Nəticədə azərbaycanlı avtoritet, kriminal aləmdə “Baba Naxçıvanski” kimi tanınan Baba Cəfərov başından güllə yarası alaraq ölüb. Ondan əlavə, K.Y. adlı bir çeçen də hadisə zamanı həlak olub.

Qeyd edək ki, öldürülən “Baba Naxçıvanski” mərhum avtoritet Rövşən Lənkəranskinin yaxın adamı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7086
avatar

Mehman Nəbiyev

Oxşar yazılar