Bakıda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov (”Kubinka”) küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər müəyyən olunaraq saxlanılıb.
Yasamal rayon Polis İdarəsi və 27-Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Araşdırmalar davam etdirilir.