Bəziləri aralarında olan münaqişəni şişirdərək qətlə qədər gətirib çıxarırlar. Növbəti belə hadisə Cəlilabadda olub. Özü də həmkəndlilər arasında. Bu cinayətdə münaqişə həmkəndliləri baltaya əlt atmağa məcbur edib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 27-də Cəlilabad rayonunun Qarazəncir kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Çingiz Bayramov münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Cəmil Bayramovun baş və bel nahiyələrinə balta ilə xəsarət yetirib. Bu barədə Cəlilabad rayon Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ç.Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.