Götürülən narkotik
14 yanvar 2023 09:24 (UTC +04:00)

Götürülən narkotik

Kənd sakini 3 kilodan çox narkotiklə tutuldu - FOTO

İmişli sakinindən 3 kiloqramdan artıq narkotik götürülüb 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə qeyd edilən qanunsuz əməllə məşğul olan rayonun Əliqulular kənd sakini, əvvəllər məhkum olunmuş Seymur Ağayev saxlanılıb.

Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı oradan 2 kiloqram 74 qrama yaxın heroin və 1 kiloqram 160 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3021

Oxşar yazılar