İstixanada pomidor əvəzinə narkotik yetişdirdi
12 aprel 2021 12:18 (UTC +04:00)

İstixanada pomidor əvəzinə narkotik yetişdirdi

Balakən rayon Polis Şöbəsi əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri keçirib.

Daxili İşlər Nazirliyi –mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də oğurluğa görə məhkum olunmuş rayonun Qullar kənd sakini Ələsgər Alqayev saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı istixanada əkilib-becərilməsi qadağan edilən 44 ədəd çətənə bitkisinin şitilləri və həmin narkotik vasitənin toxumları aşkar edilərək götürülüb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.
 

# 1587
avatar

Oxşar yazılar