İstirahət günlərində yollarda  5 nəfər öldü
21 noyabr 2022 11:08 (UTC +04:00)

İstirahət günlərində yollarda 5 nəfər öldü

Noyabrın 19-da və 20-də ölkə ərazisində qeydə alınan 94, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.   

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 65, o cümlədən borclu şəxs qismində axtarışda olan 40 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 51, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.

 

 

# 2031
avatar

Sevinc Fərid

Oxşar yazılar