Həbsxanaya narkotik keçirmək üçün bunu da etdilər - AZƏRBAYCANDA -FOTO
27 aprel 2021 09:30 (UTC +04:00)

Həbsxanaya narkotik keçirmək üçün bunu da etdilər - AZƏRBAYCANDA-FOTO

Bakı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilmiş Cəfərli Hüseyn Fazil oğluna qonşusu Bakı şəhər sakini Əlizadə Əli Bayraməli oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Bu zaman orada olan göy soğanın içərisində xüsusi üsulla yerləşdirilərək gizlədilmiş 1 ədəd sellofan bükülüdə çəkisi 0,478 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1842
avatar

Mehman Nəbiyev

Oxşar yazılar