Gəncədə quldurluq edənlər
21 sentyabr 2021 10:11 (UTC +04:00)

Gəncədə quldurluq edənlər

Gəncədə QULDURLUQ: əcnəbi sürücünü qorxudub... - FOTO

Gəncədə quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, sentyabr ayının 20-i gecə saatlarında Türkiyə vətəndaşı Recep Pehlivan Mustafa Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək idarə etdiyi yük avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman tanımadığı şəxslərin onu saxladaraq deşici alətlə hədələyib 428 manat nağd pulunu quldurluq yolu ilə ələ keçirdiyini bildirib.

Araşdırmalar nəticəsində məlum olub ki, Ağstafa rayon Qırlı kənd sakini, əvvəllər soyğunçuluq əməlinə görə məhkum olunmuş Rasim Tağıyev, həmyerlisi Kənan Abbasov və tanışı, Sumqayıt şəhər sakini Ramin Sadıqov ilə birlikdə sonuncuya məxsus “Mercedes” markalı avtomobil ilə yük avtomobilində hərəkətdə olan, Receb Pehlivan Mustafanı texniki nasazlıq bəhanəsi ilə işarə edərək saxladıblar. Daha sonra K. Abbasov əlindəki vintaçan ilə onu öldürəcəyi ilə hədələyən zaman R. Tağıyev onun cibindən 420 manat nəğd pulu götürərək oradan uzaqlaşıblar.

Şübhəli şəxslər saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2235
avatar

Mehman Nəbiyev

Oxşar yazılar