Əvvəl narkotik qəbul etdilər, sonra... - DƏHŞƏTLİ QƏTL
24 may 2022 14:45 (UTC +04:00)

Əvvəl narkotik qəbul etdilər, sonra... - DƏHŞƏTLİ QƏTL

Bakıda törədilən daha bir ağır cinayətin üstü açılıb.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumata görə, 2013-cü il martın 30-u paytaxtın Yasamal rayonu ərazisində İsmayıl Zeynalovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Keçirilən istintaq və əməliyyat tədbirlərinə baxmayaraq cinayət törətmiş şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmadığından 2019-cu il aprelin 23-də cinayət işinin icraatı dayandırılıb.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra icraat təzələnib. 

Keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla müəyyən edilib ki, Bakı şəhər sakini Zaur Sadıxov 2013-cü il martın 29-da saat 21 radələrində tanışı İsmayıl Zeynalovla narkotik vasitələrin satışı ilə məşğul olan Alik Bədirovun yaşadığı ünvanda narkotik vasitə qəbul ediblər.

Daha sonra evə qayıdarkən avtomobildə aralarında mübahisə baş verib. Zaur Sadıxov avtomobili yolda saxlayaraq maşından enməyə çalışan İsmayıl Zeynalova yaxınlaşıb sonuncunun bədəninin müxtəlif nahiyyələrinə təpiklə zərbələr vurub əlləri ilə onu boğaraq öldürüb. 

Daha sonra narkotik vasitənin doza həddini aşması səbəbi ilə ölməsi görüntüsünü yaratmaq üçün onu küçədə səki üstünə sürüyüb uzanıqlı formada orada qoyaraq hadisə yerindən uzaqlaşıb. 

Həmçinin törətmiş olduğu cinayətin izlərini itirmək məqsədilə İsmayıl Zeynalova məxsus mobil telefonunu və köynəyini istintaqla müəyyən edilməyən yerlərə atıb.

Zaur Sadıxov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4635
avatar

Mehman Nəbiyev

Oxşar yazılar