Şabranda ər arvadını bıçaqlayıb.
Lent.az xəbər verir ki, bu gün 41 yaşlı A.Əliyevaya kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
Əməli törədən həyat yoldaşı 47 yaşlı Asim Nəcəfov Şabran RPŞ-yə gələrək polisə təslim olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Rəhimli kəndi ərazisindəki məktəbdə qeydə alınıb. Belə ki, ər-arvad əvvəlcə yaşadıqları evdə dalaşıblar. Sonra A. Əliyeva uşaqlarının sənədini götürmək üçün məktəbə gedib. Bu zaman Asim Nəcəfov da arvadının arxasınca yollanıb. Məktəbdə cütlük arasında yenə mübahisə yaranıb. Mübahisə zamanı Asim Nəcəfov A. Əliyevanı bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.