Ərinin stəkanına araq əvəzinə sirkə turşusu  töküb öldürdü
31 may 2024 12:42 (UTC +04:00)

Ərinin stəkanına araq əvəzinə sirkə turşusu töküb öldürdü

Rusiyanın Sankt-Peterburq şəhərində bir kişi araq əvəzinə sirkə turşusu içdikdən sonra ölüb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, həmin sirkəni onun stəkanına qəzəbli arvadı töküb. Axşam saatlarında mətbəxdə spirtli içki içərkən cütlük arasında qalmaqal yaşayıb.

Bundan sonra arvad 54 yaşlı ərinə dərs vermək qərarına gəlib və arağı oxşar şəffaf maye ilə əvəzləyib. Qalan sirkəni soyuducuda etiketi olmayan şüşəyə qoyub.

Kişi bu qabı tapıb, içində spirt olduğunu düşünüb və demək olar ki, hamısını içib. Kişinin meyitini ögey oğlu aşkar edib. Ehtiyatsızlıqdan insan ölümünə səbəb olması ilə bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3663
avatar

Oxşar yazılar