Əmioğluların mübahisəsi qanla bitdi
22 noyabr 2022 09:54 (UTC +04:00)

Əmioğluların mübahisəsi qanla bitdi

Cəlilabadda bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə rayonun Cəlayir kəndində baş verib. Kənd sakinləri 41 yaşlı Aslanov Ramil Səxavət oğlu ilə həmkəndlisi və həmyaşıdı olan əmisi oğlu Aslanlı Rahib Əzizulla oğlu arasında mübahisə yaranıb.

Mübahisə zamanı Ramil Rahibin qarnına bıçaq zərbəsi vurub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Ramil Aslanov şübhəli şəxs qismində saxlanılıb.

# 3633
avatar

Mehman Nəbiyev

Oxşar yazılar