Dünənki qəzalarda 1 nəfər ölüb, 7 nəfər  yaralanıb
25 fevral 2023 10:21 (UTC +04:00)

Dünənki qəzalarda 1 nəfər ölüb, 7 nəfər yaralanıb

Fevralın 24-də ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən borclu şəxs qismində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 45, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

# 2100
avatar

Oxşar yazılar