Danabaş İlqarı öldürən   Hacı Beyləqanskiyə yeni cinayət işi açıldı - SƏBƏB
15 noyabr 2022 12:31 (UTC +04:00)

Danabaş İlqarı öldürən Hacı Beyləqanskiyə yeni cinayət işi açıldı - SƏBƏB

10 il əvvəl qətl törətməkdə təqsirli bilinən 40 yaşlı kişi barəsində Cinayət Məcəlləsinin 210.1-ci (“Cinayət iyerarxiyasında ən yüksək vəzifə tutma”) maddəsi ilə cinayət işi başlanıb. 

Lent.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsindən məlumat verilib.

“Cinayət işi cəza çəkən məhkum barəsində iş başlanıb. Voronej vilayətindəki həbsxanadan  Moskvaya köçürüldükdən sonra ona qarşı ittiham irəli sürüləcək”, -  İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq Komitəsinin rəhbərinin böyük köməkçisi Yuliya İvanova bildirib.

İstintaqın məlumatına görə, məhkum Moskvanın Presnenski Val küçəsi yaxınlığında on il əvvəl törətdiyi qətldən sonra "qanuni oğru" titulunu alıb. Bu qətlə görə o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, Azərbaycan vətəndaşı Hacıbaba Talıbxanlıya (Hacı Beyləqanski) qarşı cinayət işi başlanıb. O, 2012-ci il aprelin 12-də “qanuni oğru” İlqar Cəbrayılovu ( Danabaş İlqar ləqəbli) idarə etdiyi “Toyota Land Cruiser” markalı avtomobilində güllələyib.

İlqar Cəbrayılov

Kriminal avtoritet hadisə yerində ölüb, yoldaşı isə ağır yaralanıb.

Hacı Beyləqanski yoldaşı ilə

“İnsident “qanuni oğru” dəstələri Aslan Usoyan (16 yanvar 2013-cü ildə Moskvada öldürülmüş "Ded Xasan") və Rövşən Caniyev (Rövşən Lənkəranski, 2016-cı il avqustun 18-də İstanbulda qətlə yetirilib) arasında Moskvanın tərəvəz bazarlarında təsir dairələrinin yenidən bölüşdürülməsi uğrunda gedən müharibənin mərhələlərindən birinə çevrilib. 

Rövşən Lənkəranski (soldan ikinci) və Hacı Beyləqanski (üçüncü)

Cəbrayılov bazarlara Usoyanın adından nəzarət edirdi. Bu “nəzarətçi”nin aradan qaldırılması üçün Hacı Beyləqanski “oğru tacı” alıb”, - mənbə bildirib.
 

# 5622
avatar

Oxşar yazılar