Başından vurub maşınını əlindən aldılar
12 aprel 2021 12:51 (UTC +04:00)

Başından vurub maşınını əlindən aldılar

Aprelin 7-də Yevlax şəhəri ərazisində şəhər sakini İ.Məcidovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilə sərnişin qismində oturan 2 nəfərin Beyləqan rayonuna getmək istədikləri, lakin Avşar kəndi ərazisində sürücünün baş nahiyəsinə küt alətlə xəsarət yetirib nəqliyyat vasitəsində hadisə yerini tərk etmələri barədə Ağcabədi rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Ağcabədi şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ələsgərovi və Gəncə şəhər sakini C.Quliyevi Zərdab rayon Polis Şöbəsi əməkdaşları saxlayıblar.  Qaçırdıqları avtomobil isə Ağcabədi rayon Polis Şöbəsində müvəqqəti duracağa yerləşdirilib.

Saxlanılan şəxslərin ətraflarında aparılan tədbirlərlə onların Ağcabədi rayonu ərazisindəki iki yardımçı təsərrüfatdan ümumilikdə 19 baş qoyun oğurlamaları müəyyən edilib.

Onlar izahatlarında bu ilin mart ayında Tərtər rayonu ərazisində daha 11 baş qoyun oğurlamalarınıda bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1665
avatar

Oxşar yazılar