Bakıda  sürücünü döyüb   maşınını...
15 dekabr 2021 15:53 (UTC +04:00)

Bakıda sürücünü döyüb maşınını...

Dekabrın 14-də Xəzər rayonu, Binə qəsəbəsində “Mercedes” markalı bir avtomobilin sürücüsü xuliqanlıq zəminində Buzovna qəsəbə sakini N.Hacıyevi döyüb və idarə etdiyi “VAZ-2104” markalı avtomobili təpiklə əzib.

Lent.az Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, bu barədə Xəzər rayon Polis İdarəsi 3-cü Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini İ.İsmayılov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

# 1746
avatar

Mehman Nəbiyev

Oxşar yazılar