Bakıda qarajdan 30 min dollarlıq oğurluq
27 mart 2021 12:18 (UTC +04:00)

Bakıda qarajdan 30 min dollarlıq oğurluq

Bakıda qarajdan oğurluq 30 min dollarlıq oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə  görə, Yasamal rayon Polis İdarəsi  26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki qarajların birindən 30 min dollar (50 000 manat) dəyərində məişət əşyaları və kolleksiya markaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Qədirov, İ.İlyasov və Ə.Əsgərov saxlanılıblar.

# 1416
avatar

Oxşar yazılar