Bakıda qadın plastik əməliyyat dan sonra öldü
08 iyun 2021 17:59 (UTC +04:00)

Bakıda qadın plastik əməliyyatdan sonra öldü

Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Arzu Süleymanova mayın 11-də “Azər-Türk Med” klinikasında keçirdiyi plastik əməliyyatdan sonra səhhəti kəskin pisləşib. Daha sonra o, yerləşdirildiyi Respublika Neyrocərrahiyyə Xəstəxanasında mayın 15-də ölüb. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb 

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2472
avatar

Mehman Nəbiyev

Oxşar yazılar